Müharibədən sonra 23 mülki şəxs minaya düşüb - Baş Prokurorluq

12:30 11.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən ilin noyabrın 10-dan bu günə qədər işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində həlak olan və yaralanan mülki şəxslərin sayı açıqlanıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, bu müddətdə 23 nəfər həlak olub.

 

Bundan başqa, 36 nəfər mülki şəxs azad olunmuş ərazilərdə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xasərətləri alıb.